Azərbaycan, Bakı, 27 avqust /Trend, müxbir İ.İsabalayeva/
Avqustun 28-də Azərbaycan ərazisində hava yağmursuz olacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildiriblər ki, avqustun 28-də Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən, yağmursuz olacaq. Şimal-şərq küləyi əsaəcək.
Bakı və Abşeron yarımadasında havanın temperaturu gecə 19-24, gündüz 30-34 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq, şərq küləyi əsəcək. Aran rayonlarında havanın temperaturu gecə 21-26, gündüz 33-38, dağlarda gecə 11-16, gündüz 22-27 dərəcə isti olacaq.
Azərbaycan ərazisində hava yağmursuz olacaq