...

Türkiyə sərnişin təyyarəsi istehsal etmək niyyətindədir

Cəmiyyət Materials 3 Sentyabr 2013 15:30 (UTC +04:00)
Türkiyə yerli sərnişin təyyarəsi istehsal etmək niyyətindədir.
Türkiyə sərnişin təyyarəsi istehsal etmək niyyətindədir

Azərbaycan, Bakı, 3 sentyabr /Trend, müxbir A.Tağıyeva/

Türkiyə yerli sərnişin təyyarəsi istehsal etmək niyyətindədir. Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin nəqliyyat, dəniz əlaqəsi və kommunikasiyalar naziri Binali Yıldırım deyib.

Onun sözlərinə görə, dünən keçirilmiş Türkiyə Nazirlər Şurasının iclasında yerli istehsallı təyyarənin hazırlanmasının ilkin layihəsi qəbul edilib.

Nazir bildirib ki, yerli istehsallı təyyarənin 60-120 sərnişin oturacağı olacaq. B.Yıldırım əlavə edib ki, təyyarənin istehsalına 2023-dən gec olmayaraq başlanılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti