...

Türkiyədə alkoqolun satışının məhdudlaşdırılması haqqında qanun qüvvəyə minir

Cəmiyyət Materials 9 Sentyabr 2013 12:04 (UTC +04:00)
Türkiyədə bu gündən etibarən alkoqolun satışının məhdudlaşdırılması haqqında qanun qüvvəyə minir.
Türkiyədə alkoqolun satışının məhdudlaşdırılması haqqında qanun qüvvəyə minir

Azərbaycan, Bakı, 9 sentyabr /Trend, müxbir A.Tağıyeva/

Türkiyədə bu gündən etibarən alkoqolun satışının məhdudlaşdırılması haqqında qanun qüvvəyə minir. Bu barədə Trend Türkiyənin "Hürriyet" qəzetinə istinadən məlumat verir.

Belə ki, 22:00 - 06:00 aralığında mağazalarda alkoqollu içkilərin satışı qadağan ediləcək. Göstərilən müddət ərzində alkoqollu içkilərin satışı barədə qadağa Türkiyənin turizm obyektlərində də qüvvədə olacaq.

Qəzetin məlumatına görə, 22:00-06:00-dək alkoqollu içkilər satan mağaza və müəssisələr 30 mindən 146 min lirə məbləğində cərimələnəcəklər.

Bu barədə müvafiq qanun ölkə Parlamenti tərəfindən bu ilin mayında qəbul edilib.

Türkiyədə bu qanunun qəbulundan sonra sakinlər bir sıra etiraz aksiyaları keçirdilər. Onlar hesab edirdilər ki, bu qanunun qəbul edilməsi ilə hökumət ölkə vətəndaşlarının hüquq və azadlıqlarını məhdudlaşdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti