Azərbaycan, Bakı, 12 sentyabr /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycanda 1 yaşına qədər uşaqların pnevmakok peyvənd edilməsinə qısa müddətdə başlamaq nəzərdə tutulur. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib.
E.Ağayev vurğulayıb ki, infeksiyalara qarşı mübarizə Azərbaycan səhiyyəsinin prioritet istiqamətlərindən biridir: "Azərbaycan dünya təcrübəsinə uyğun olaraq peyvəndləmə işləri aparır".
E.Ağayev apteklərdə mütəmadi şəkildə yoxlamaların aparıldığını da deyib. Onun sözlərinə görə, bu məsələlər daim Səhiyyə Nazirliyinin nəzarətindədir: "Keyfiyyətsiz dərmanların aşkarlanması əvvəlki vaxtlarla müqayisədə yox dərəcəsindədir, amma belə hallara rast gəlinir və bu zaman müvafiq ölçülər götürülür".