...

Növbəti tədris ilindən peşə-ixtisas təhsili müəssisələrində çalışan müəllimlərin də attestasiyasına başlanılacaq

Cəmiyyət Materials 16 Sentyabr 2013 11:19 (UTC +04:00)
Azərbaycanda peşə təhsili sisteminin əhatə dairəsinin genişləndirilməsi və kadr hazırlığı prosesinin keyfiyyətinin yüksəldilməsi məqsədilə Təhsil Nazirliyi Müasir Azərbaycan Peşəkarları Layihəsinin icrasına başlayıb.
Növbəti tədris ilindən peşə-ixtisas təhsili müəssisələrində çalışan müəllimlərin də attestasiyasına başlanılacaq

Azərbaycan, Bakı, 16 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda peşə təhsili sisteminin əhatə dairəsinin genişləndirilməsi və kadr hazırlığı prosesinin keyfiyyətinin yüksəldilməsi məqsədilə Təhsil Nazirliyi Müasir Azərbaycan Peşəkarları Layihəsinin icrasına başlayıb. Bu layihə çərçivəsində müasir tipli pilot peşə təhsili komplekslərinin yaradılması nəzərdə tutulub. Trend-in məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov "Azərbaycan" qəzetinə müsahibəsində deyib.

M.Cabbarov bildirib ki, bu il ilk peşə-ixtisas təhsili müəssisələrinin inkişaf prioritetlərinə uyğun olaraq, 5 pilot layihə reallaşdırılacaq, ölkəmizin peşə təhsili sistemində ilk dəfə məzunlara beynəlxalq ixtisas dərəcəsi veriləcək: "Növbəti tədris ilindən etibarən ilk peşə-ixtisas təhsili müəssisələrində çalışan müəllimlərin attestasiyasına başlamağı nəzərdə tutmuşuq. Həmçinin regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq ehtiyac duyulan bir sıra yeni ixtisaslann açılmasını planlaşdırırıq".

Nazirin sözlərinə görə, ilk peşə-ixtisas təhsili müəssisələri rəqabətə hazır olmalı və mövcud qanunvericilik çərçivəsində maddi-texniki bazalarının gücləndirilməsi işinə əlavə təkan verməlidirlər: "Bu baxımdan kommersiya fəaliyyəti ilə məşğul olmaqla əlavə qazanc əldə etmək daha səmərəli üsullardandır. Ümumiyyətlə, bu istiqamətdə aparılan islahatların əsas məqsədi peşə məktəblərinin müasir tələblər səviyyəsində inkişafına nail olmaqdan ibarətdir. Həyata keçirilən pilot layihələrin nəticələrinin digər peşə məktəblərində bir model kimi tətbiq olunması nəzərdə tutulub".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti