...

Yol polisi Bakıda təhsil müəssisələri ətrafında “təmizləmə əməliyyatı” aparır

Cəmiyyət Materials 16 Sentyabr 2013 11:52 (UTC +04:00)
Edilən xəbərdarlıqlara baxmayaraq, bu ana qədər təhsil müəssisələri ətrafında dayanma, durma, parklanma qaydalarını pozduğuna görə hələlik 37 avtomobil müvəqqəti mühafizə olunan dayanacaqlara təxliyyə olunub.
Yol polisi Bakıda təhsil müəssisələri ətrafında “təmizləmə əməliyyatı” aparır

Azərbaycan, Bakı, 16 sentyabr /Trend, müxbir İ.İzzət/

Edilən xəbərdarlıqlara baxmayaraq, bu ana qədər təhsil müəssisələri ətrafında dayanma, durma, parklanma qaydalarını pozduğuna görə hələlik 37 avtomobil müvəqqəti mühafizə olunan dayanacaqlara təxliyyə olunub.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov bildirib.

Avtomobillər əsasən paytaxtın İnşaatçılar prospekti, İstiqlaliyyət, Rəşid Behbutov, Zərifə Əliyeva küçələri və digər küçələrdə yerləşən təhsil müəssisələri qarşısından təxliyyə olunub.

Bölmə rəisinin sözlərinə görə, təhsil müəssisələri ətrafında dayanma, durma, parklanma qaydalarının pozulması ilə bağlı çoxlu faktlar aşkar edilib. Bununla bağlı avtomobillər müvəqqəti mühafizə olunan dayanacaqlara təxliyyə olunmaqla yanaşı, sürücüləri yerində olmayan avtomobillər barəsində fotomateriallar hazırlanır, bəzi sürücülər isə yerindəcə cərimələnir.

Əsədov qeyd edib ki, paytaxtın mərkəzi küşələrində yerləşən təhsil müəssisələrinə bitişik küçə və yollarda quraşdırılmış yol nişanlarının təsir zonasında dayanan avtomobil sürücülərinə qarşı tədbirlər davam etdirilir: "Hazırda Azərbaycan Memarlıq və İnşaat Universiteti, eləcə də Texniki Universitetin ətrafındakı yollarda avtomobillər ümumiyyətlə yolu kəsiblər. Bir daha bəyan edirik ki, təhsil müəssisələri ətarfında dayanma, durma, parklanma qaydalarını pozan bütün sürücülərə qarşı istisnasız olaraq tərəfimizdən ciddi cəza tədbirləri görüləcək."

Məqalədə:
Xəbər lenti

Xəbər lenti