...

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə Dünya Elm və Mədəniyyət Akademiyası arasında əməkdaşlıq memorandumu imzalanıb

Cəmiyyət Materials 17 Sentyabr 2013 10:10 (UTC +04:00)
Amerika Birləşmiş Ştatlarında Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə Dünya Elm və Mədəniyyət Akademiyası arasında imzalanmış əməkdaşlıq memorandumu hər iki qurumun elmi və mədəni sahədə fəaliyyəti, dünyanın yeni tələbatına müvafiq olan cəmiyyətlərin davamlı inkişafı və funksionallığının təmin olunması üçün mədəniyyətlər və insanlararası dialoq və anlaşmanın qurulmasının vacibliyini bildirir.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə Dünya Elm və Mədəniyyət Akademiyası arasında əməkdaşlıq memorandumu imzalanıb

Azərbaycan, Bakı, 17 sentyabr /Trend, müxbir E.Mehdiyev/

Amerika Birləşmiş Ştatlarında Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə Dünya Elm və Mədəniyyət Akademiyası arasında imzalanmış əməkdaşlıq memorandumu hər iki qurumun elmi və mədəni sahədə fəaliyyəti, dünyanın yeni tələbatına müvafiq olan cəmiyyətlərin davamlı inkişafı və funksionallığının təmin olunması üçün mədəniyyətlər və insanlararası dialoq və anlaşmanın qurulmasının vacibliyini bildirir.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzindən Trend-ə verilən məlumata görə, sentyabrın 5-də Bakıda keçirilən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qəyyumlar Şurası və sentyabrın 16-da ABŞ keçirilən Dünya Elmlər Akademiyasının Direktorlar Şurası hər iki qurumun birgə əməkdaşlıq təşəbbüsünü dəstəkləyərək 2014-cü il üçün təkliflər planının hazırlanmasını qərara alıb.

Dünya Elm və Mədəniyyət Akademiyası 1960-cı ildə Genevrə şəhərində təsis olunub. Hazırda akademiyanın bütün dünya üzrə böyük elmi nəaliyyətlər əldə etmiş və ya xüsusi aktivlik göstərən tanınmış alim, Nobel mükafatçılarından ibarət 650 üzvü var. Akademiyanın üzvü seçilmək dünyanın elm sahəsində olan hər bir aliminin əldə edə biləcəyi ən önəmli elmi dəyərləndirmədir.

İsgəndəriyyə Kitabxanasının dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Dünya Elm və Mədəniyyət Akademiyası tərəfindən dahi Azərbaycan şairi Nizami Gəncəvinin fəlsəfəsinin müxtəlif mərkəzlərdə elmi araşdırılmasının təşkili, təbliği təşkil olunacaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti