...

Azərbaycanın Təbrizdəki Baş konsulluğu İran xəstəxanasında ölən körpənin yaxınlarına kömək edib

Cəmiyyət Materials 23 Sentyabr 2013 17:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 sentyabr /Trend, müxbir S.Ağayeva/

Azərbaycanın Təbrizdəki Baş konsulluğu İran xəstəxanasında ölən 11 aylıq Azərbaycan vətəndaşının yaxınlarına hər cür kömək edib.

Trend-in məlumatına görə, bu barədə bazar ertəsi keçirilən brifinqdə Azərbaycan XİN-in mətbuat katibi Elman Abdullayev bildirib:

"Baş konsulluq uşağın meyitinin İrandan çıxarılması üçün bütün sənədləri hazırlayıb və onun Vətənə göndərilməsinə yardım edib".

E.Abdullayev bildirib ki, Baş konsulluğun məlumatına görə, körpə sentyabrın 22-də ağciyər çatışmazlığından ölüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti