Azərbaycan, Bakı, 30 sentyabr /Trend, müxbir H.Vəliyev/
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) şəhərlərarası və beynəlxalq zənglərə görə qəbzlər üzrə borcların yoxlanılması xidmətini işə salıb. Bu barədə Trend MHM-dən bildirilib.
Xidmətdən "Elektron hökumət" portalı (e-gov.az) vasitəsilə istifadə etmək olar. Xidmətdən istifadə etmək üçün elektron-rəqəmsal imza olmalıdır.
Xidmətdən istifadə etmək üçün portalda "Şəhərlərarası və Beynəlxalq danışıqlara görə borclar" bölməsinə daxil olmaq lazımdır. Məlumat əldə etmək üçün şəxsiyyət vəsiqəsinin Pin-kodunu göstərmək lazımdır.
Xidmət istifadəçiyə şəhərlərarası və beynəlxalq danışıqlara görə qəbzlərin tətbiq olunmasını nəzərdə tutur. Qəbz formasında abonentin adı, ünvanı, borclar haqqında tam məlumat (siyahı formasında) göstərilir.