...

Terminologiya Komissiyası: Son dövrlərdə KİV-lər alınma sözlərdən istifadəyə üstünlük verir

Cəmiyyət Materials 30 Sentyabr 2013 16:23 (UTC +04:00)
Son dövrlərdə kütləvi informasiya vasitələrində (KİV) dilimizdə öz yerini tutmuş sözlər əvəzinə daha çox alınma sözlərdən istifadəyə üstünlük verilir.
Terminologiya Komissiyası: Son dövrlərdə KİV-lər alınma sözlərdən istifadəyə üstünlük verir

Azərbaycan, Bakı, 30 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Son dövrlərdə kütləvi informasiya vasitələrində (KİV) dilimizdə öz yerini tutmuş sözlər əvəzinə daha çox alınma sözlərdən istifadəyə üstünlük verilir. Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova Trend-ə bildirib ki, dilimizdə yeni-yeni terminlər yaranır və onların Azərbaycan dilində qarşılığı müəyyən olunur.

Terminlərin qarşılığı müəyyən olunarkən ən çox işlək variant standart şəklində lüğətə daxil edilir. Ancaq bəzən KİV-lər tərəfindən bir anlayış səhv olaraq bir neçə formada verilir ki, bu da sonda anlaşılmazlığın yaranmasına gətirib çıxarır.

S.Sadıqova deyib ki, Azərbaycan dilindəki problem yalnız terminologiya sahəsində deyil. Bu problemlər ümumi danışıq prosesində də müşahidə edilir: "Dilimizdə oturuşmuş ümumişlək sözlər əvəzinə daha çox alınma sözlərdən istifadə edilir. Məsələn, yenidənqurma sözü əvəzinə "perestroyka", "dava-dalaş" sözü əvəzinə "skandal", "yetərsay" sözü əvəzinə "quorum" sözü işlədilir. Bunların qarşısı alınmalıdır".

Sədr müavini bildirib ki, KİV-lər dilimizin saflığı üçün çalışmalıdır. Buna görə də terminin işlədilməsi zamanı Azərbaycan dilində qarşılığı olan sözlərdən istifadə edilməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti