...

Təhsil Nazirliyi: Müəllim Gününün məktəblərdə qeyd olunması ilə bağlı hər hansı təlimat mövcud deyil

Cəmiyyət Materials 3 Oktyabr 2013 17:36 (UTC +04:00)
Beynəlxalq Müəllim Günü ilə bağlı şagirdlərdən pul yığılması baş verən konkret məktəb haqqında imzalı məlumat daxil olarsa, həmin fakt araşdırıla və bununla bağlı tədbir görülə bilər.
Təhsil Nazirliyi: Müəllim Gününün məktəblərdə qeyd olunması ilə bağlı hər hansı təlimat mövcud deyil

Azərbaycan, Bakı, 3 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Beynəlxalq Müəllim Günü ilə bağlı şagirdlərdən pul yığılması baş verən konkret məktəb haqqında imzalı məlumat daxil olarsa, həmin fakt araşdırıla və bununla bağlı tədbir görülə bilər.

Bunu Trend-ə Təhsil Nazirliyindən 5 oktyabr - Beynəlxalq Müəllim Gününün məktəblərdə məcburi şəkildə qeyd edilməsinə münasibət bildirərkən deyiblər.

Nazirlikdən bildiriblər ki, Beynəlxalq Müəllim Gününün məktəblərdə qeyd olunması ilə bağlı hər hansı bir təlimat mövcud deyil. Məktəbin rəhbərliyi kollektivin ümumi iclasında müəllimləri bu münasibətlə təbrik edə bilər. Lakin həmin günün qeyd olunması ilə əlaqədar şagirdlərə hər hansı bir formada təsir göstərilməsi yolverilməzdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti