...

Azərbaycandan xaricə oxumağa göndərilən gənclərin çoxu seçimini başa çatdırıb

Cəmiyyət Materials 4 Oktyabr 2013 12:55 (UTC +04:00)
Azərbaycan gənclərinin xaricdə təhsili təhsili üzrə dövlət proqramı çərçivəsində bu il xaricə oxumağa göndərilən gənclərin çoxu seçimini başa çatdırıb. Trend-in məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov bu gün jurnalistlərə bildirib.
Azərbaycandan xaricə oxumağa göndərilən gənclərin çoxu seçimini başa çatdırıb

Azərbaycan, Bakı, 4 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

"Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində bu il xaricə oxumağa göndərilən gənclərin çoxu seçimini başa çatdırıb. Trend-in məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov bu gün jurnalistlərə bildirib.

Nazir qeyd edib ki, 2013-2014-cü tədris ili üçün "Azərbaycan gənclərinin xaricdə təhsili təhsili üzrə Dövlət Proqramı" çərçivəsində indiyədək aparılmış seçimlər əsasında 760-dan çox tələbə xaricdə təhsil alacaq. Bu isə ötən illə müqayisədə çoxdur: "Nəzərə alaq ki, bu il hər bir namizədlə fərdi müsahibə keçirilib. Mən builki prosesi çox uğurlu hesab edirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti