Azərbaycan, Bakı, 10 oktyabr /Trend, müxbir İ.İsabalayeva/
Sabah Azərbaycanda sabit, mülayim hava şəraiti hökm sürəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında oktyabrın 11-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, havanın gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyinin sürəti 8-13 m/s olacaq.
Bakı və Abşeron yarımadasında havanın temperaturunun gecə 10-13, gündüz 16-20 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında oktyabrın 11-də hava əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Azərbaycanın Aran rayonlarında havanın temperaturunun gecə 8-13, gündüz 18-23 dərəcə isti olacağı gözlənilir.