...

"Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində təhsil almaq hüququ qazanan tələbələrin son sayı açıqlanıb

Cəmiyyət Materials 10 Oktyabr 2013 13:34 (UTC +04:00)
İndiyədək "2007-2015-ci illər üzrə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində 1825 nəfər xaricdə təhsil almaq hüququ qazanıb.
"Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində təhsil almaq hüququ qazanan tələbələrin son sayı açıqlanıb

Azərbaycan, Bakı, 10 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

İndiyədək "2007-2015-ci illər üzrə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində 1825 nəfər xaricdə təhsil almaq hüququ qazanıb. Bu barədə Trend-ə Təhsil Nazirliyindən məlumat veriblər.

Nazirlikdən bildirilib ki, 2013-2014-cü tədris ili üçün isə belə tələbələrin sayı 766 nəfər olub. İndiyədək proqramın məzunu olmuş 550-dən artıq gənc Təhsil Nazirliyində qeydiyyatdan keçib və onların böyük əksəriyyəti Azərbaycanda dövlət və özəl müəssisələrdə müvəffəqiyyətlə çalışır. Bəzilər isə təhsilini növbəti səviyyə üzrə Dövlət Proqramı çərçivəsində xaricdə davam etdirir.

Nazirlikdən deyilib ki, Dövlət Proqramı çərçivəsində xaricdə təhsil almaq hüququ qazanan tələbə ilə Təhsil Nazirliyi arasında müqavilə imzalanır və tələbə müqavilə üzrə öz üzərinə öhdəliklər götürür: "Əgər müqavilə öhdəlikləri pozularsa, təbii ki, tələbənin təhsilinin maliyyələşdirilməsi üçün dövlət tərəfindən istifadə olunmuş vəsait geri qaytarılmalıdır. Tələbə məzun olduqdan sonra 2 ay müddətində nazirliyə müvafiq sənədlərlə birgə hesabat verməlidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti