...

Yaxın iki gün ərzində Azərbaycanda havanın temperaturu 27 dərəcəyə yüksələcək

Cəmiyyət Materials 15 Oktyabr 2013 10:18 (UTC +04:00)
Yaxın iki gün ərzində Azərbaycanda havanın temperaturu yüksələrək 27 dərəcəyə çatacaq.
Yaxın iki gün ərzində Azərbaycanda havanın temperaturu 27 dərəcəyə yüksələcək

Azərbaycan, Bakı, 15 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Yaxın iki gün ərzində Azərbaycanda havanın temperaturu yüksələrək 27 dərəcəyə çatacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Bakıda və Abseron yarımadasında oktvabrın 16-da havanın buludlu olacağı, arabir yağış yağacağı, günün ikinci yarısında yağışın tədricən kəsiləcəyi gözlənilir. Cənub küləyinin sürəti 8-13 m/s olacaq, küləyin sürəti arabir 15-18 m/s-ə çatacaq.

Havanın temperaturunun gecə 10-13, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.

Oktvabrın 17-də havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman müşahidə ediləcək. Cənub küləyinin sürəti 7-12 m/s olacaq. Havanın temperaturunun gecə 10-14, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir.

Oktyabrın 16-da Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli enməsi fonunda arabir güclənən gilavar küləyi meteohəssas insanlarda diskomfort hissi yarada bilər.

Azərbavcamn ravonlarında oktvabrın 16-17-də arabir yağış yağacağı, 16-sı gündüz və 17-də havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyinin sürəti 5-10 m/s olacaq.

Havanın temperaturunun gecə 10-15, gündüz 22-27 isti, dağlarda gecə 2-7 isti, gündüz 11-16 dərəcə isti olacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti