...

Bu il Azərbaycanda 1456 əkiz, 30 üçəm doğulub

Cəmiyyət Materials 18 Oktyabr 2013 11:59 (UTC +04:00)
Bu il ərzində Azərbaycanda 1456 əkiz, 30 üçəm körpə doğulub.
Bu il Azərbaycanda 1456 əkiz, 30 üçəm doğulub

Azərbaycan, Bakı, 18 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Bu il ərzində Azərbaycanda 1456 əkiz, 30 üçəm körpə doğulub.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, cari ilin yanvar-sentyabr aylarında ölkədə 125 min, gündə təxminən 458 körpə doğulub. Əhalinin hər 1000 nəfəri hesabı ilə doğum səviyyəsi 17,9 olub.

Doğulanların 53,6 faizini oğlanlar, 46,4 faizini qızlar təşkil edir. Körpələrin 1456-sı əkiz, 30-u üçəm doğulub.

Ölkədə uşaq doğmaq qabiliyyətinə malik olan qadınların bütün ömür boyu hər birinə orta hesabla 2,3 doğulmuş uşaq düşür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti