...

Azərbaycanda rəqəmsal TV dekoderlərinin güzəştli verilməsi üzrə proqram hazırlanıb

Cəmiyyət Materials 21 Oktyabr 2013 14:02 (UTC +04:00)
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) rəqəmsal televiziya dekoderlərinin əhalinin aztəminatlı təbəqələrinə güzəştli verilməsi üzrə proqram hazırlayıb.
Azərbaycanda rəqəmsal TV dekoderlərinin güzəştli verilməsi üzrə proqram hazırlanıb

Azərbaycan, Bakı, 21 oktyabr /Trend, müxbir H. Vəliyev/

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) rəqəmsal televiziya dekoderlərinin əhalinin aztəminatlı təbəqələrinə güzəştli verilməsi üzrə proqram hazırlayıb. Trend-in məlumatına görə, bunu bazar ertəsi jurnalistlərə rabitə və informasiya texnologiyaları naziri vəzifəsini müvəqqəti icra edən Əli Abbasov deyib.

Onun sözlərinə görə, güzəştli şərtlərlə dekoderlərin verilməsinə əsasən dövlət sosial yardımı alan əhali kateqoriyasından başlanılacaq.

Ə. Abbasov qeyd edib ki, ilin sonunadək Azərbaycanın yaşayış məntəqələri rəqəmsal yayım siqnalı ilə tam əhatə olunacaq: "Yeni yayım satandartına keçid zamanı əsas məsələ əhalinin hazırlığıdır. Hələlik əhalinin böyük əksəriyyəti analoq yayımı dəstəkləyən televizorlara malikdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti