...

Azərbaycanda orta məktəb şagirdləri üçün icbarı təhsilalma müddəti artırılır

Cəmiyyət Materials 25 Oktyabr 2013 11:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda 12 illik təhsil sisteminə keçid zamanı onillik ümumi orta təhsil icbari olacaq. Trend-in məlumatına görə, ölkə Prezidentinin bu il oktyabrın 24-də imzaladığı "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"na əsasən, Azərbaycanda onillik ümumi orta təhsil və ikillik tam orta təhsil modelinə mərhələli şəkildə keçidi təmin etməklə, 12 illik ümumi təhsil sistemi yaradılacaq.

Qeyd edək ki, hazırda Azərbaycanda ümumi orta təhsilin müddəti 9 ildir.

Strategiyaya uyğun olaraq, tam orta təhsil səviyyəsində təhsil müəssisələri müxtəlif istiqamətlər üzrə bölünəcəklər.

Bununla yanaşı, təhsil müəssisələrinə idarəetmə, akademik, maliyyə və təşkilati muxtariyyət veriləcək.

Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul və yerləşdirmə mexanizmi təkmilləşdiriləcək. Dövlət və özəl ali təhsil müəssisələrinə ödənişli təhsil üzrə qəbul planının ləğv edilməsi və dövlət sifarişinin yalnız ixtisaslar üzrə müəyyənləşdirilməsi də planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti