...

Azərbaycanda noyabr ayının hava proqnozu açıqlanıb

Cəmiyyət Materials 30 Oktyabr 2013 11:10 (UTC +04:00)
Azərbaycanda noyabr ayının hava proqnozu açıqlanıb.
Azərbaycanda noyabr ayının hava proqnozu açıqlanıb

Azərbaycan, Bakı, 30 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda noyabr ayının hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, noyabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi rayonlarda isə normadan bir dərəcə yüksək olacağı gözlənilir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, ayrı-ayrı rayonlarda isə bir qədər çox olacağı ehtimal olunur.

Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 10-12 dərəcə isti (gecələr 5-10, gündüzlər 14-19 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 28-38 mm) olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 7-10 dərəcə isti (gecələr 3-7 dərəcə isti, ayın ikinci yarısında 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüzlər 11-16, ayın ikinci yarısında 7-10 dərəcə isti gözlənilir) olacağı ehtimal olunur ki, bu da iqlim normasına yaxın və bir dərəcə yüksəkdir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 18-28 mm) olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında orta aylıq temperaturun 4-7 dərəcə isti (gecələr 1-5 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta, gündüzlər 7-12, bəzi günlərdə 0-5 dərəcə isti təşkil edəcək) gözlənilir ki, bu da iqlim normasına yaxın və bir dərəcə aşağıdır.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 27-34 mm), bəzi yerlərdə isə normadan bir qədər çox olacağı ehtimal olunur.

Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında orta aylıq temperaturun 7-10 dərəcə isti (gecələr 3-8, bəzi günlərdə 0-3 dərəcə isti, gündüzlər 12-17, bəzi günlərdə 6-10 dərəcə isti təşkil edəcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir dərəcə yüksəkdir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 15-24 mm) olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında orta aylıq temperaturun 5-9 dərəcə isti (gecələr 2-7 dərəcə isti, bəzi günlərdə 0-3 dərəcə şaxta, gündüzlər 10-15, bəzi günlərdə 4-8 dərəcə isti təşkil edəcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 29-73 mm), bəzi yerlərdə isə normadan bir qədər çox olacağı gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperaturun 9-12 dərəcə isti (gecələr 6-11, bəzi günlərdə 2-6, gündüzlər 14-19, bəzi günlərdə 7-12 dərəcə isti təşkil edəcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 25-45 mm) olacağı ehtimal olunur.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında orta aylıq temperaturun 8-12 dərəcə isti (gecələr 6-11, bəzi günlərdə 0-5, gündüzlər 13-18, bəzi günlərdə 6-11 dərəcə isti təşkil edəcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 55-170 mm) olacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti