...

Azərbaycanda yeni tibb sənaye müəssisələri yaradılacaq

Cəmiyyət Materials 30 Oktyabr 2013 17:35 (UTC +04:00)
Azərbaycanda səhiyyə müəssisələrinin dərman və avadanlıq təminatının yaxşılaşdırılması məqsədilə tibb sənaye müəssisələrinin yaradılması və onların fəaliyyətinin dövlət tərəfindən dəstəklənməsi nəzərdə tutulur.
Azərbaycanda yeni tibb sənaye müəssisələri yaradılacaq

Azərbaycan, Bakı, 30 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda səhiyyə müəssisələrinin dərman və avadanlıq təminatının yaxşılaşdırılması məqsədilə tibb sənaye müəssisələrinin yaradılması və onların fəaliyyətinin dövlət tərəfindən dəstəklənməsi nəzərdə tutulur.

Trend-in məlumatına görə, bu, Milli Məclisə daxil olan, 2014-2017-ci illəri əhatə edən ortamüddətli iqtisadi-sosial inkişaf konsepsiyası layihəsində öz əksini tapıb.

Konsepsiya layihəsinə əsasən, bütün ölkə üzrə səhiyyə sahəsində coğrafi məlumat sistemi yaradılacaq. Eyni zamanda, sanatoriya-kurort müəssisələri yaradılacaq, həmin müəssisələrin yenidən qurulması, infrastruktur təminatının yaxşılaşdırılması üçün işlər aparılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti