...

Kataloniyada sirkdə heyvanlardan istifadə qadağan olunur

Cəmiyyət Materials 31 Oktyabr 2013 00:07 (UTC +04:00)
İspaniyanın Kataloniya bölgəsində sirklərdə heyvanlardan istifadə etmək qadağan olunacaq.
Kataloniyada sirkdə heyvanlardan istifadə qadağan olunur

Azərbaycan, Bakı, 31 oktyabr /Trend/

İspaniyanın Kataloniya bölgəsində sirklərdə heyvanlardan istifadə etmək qadağan olunacaq.

Trend Türkiyə KİV-ə istinadən məlumat verir ki, Kataloniya parlamentində müzakirə olunan qanun layihələrindən biri heyvanlara qarşı kobud davranışın və onlara əziyyət verilməsinin qarşısını almağı nəzərdə tutur.

Xatırladaq ki, Kataloniya parlamenti 2010-cu ildə aylarla davam edən mübahisələrdən sonra "Heyvanların mühafizəsi haqqında" qanun çərçivəsində İspaniyanın simvolu sayılan öküz döyüşlərini də qadağan etmişdi.

Xəbər lenti

Xəbər lenti