...

III Bakı Humanitar Forumu çərçivəsində "Postmodern dövrdə milli özünüdərk" mövzusunda dəyirmi masa keçirilir (FOTO)

Cəmiyyət Materials 1 Noyabr 2013 11:26 (UTC +04:00)
Bu gün III Bakı Humanitar Forumu çərçivəsində "Postmodern dövrdə milli özünüdərk" mövzusunda dəyirmi masa keçirilir.
III Bakı Humanitar Forumu çərçivəsində "Postmodern dövrdə milli özünüdərk" mövzusunda dəyirmi masa keçirilir (FOTO)

Azərbaycan, Bakı, 1 noyabr /Trend, müxbir E.Mehdiyev/

Bu gün III Bakı Humanitar Forumu çərçivəsində "Postmodern dövrdə milli özünüdərk" mövzusunda dəyirmi masa keçirilir.

Trend-in məlumatına görə, dəyirmi masada virtual reallıq və şəxsiyyət, postmodernist ədəbiyyatda və müasir diskursda milli özünüdərk, mədəni kod və onun postmodern dövrdə transformasiyası mövzuları ətrafında müzakirələr apaılır.

Dəyirmi masanı giriş sözü ilə açan Azərbaycan Dillər Universitetinin rektoru, deputat Səməd Seyidov virtual reallıq və şəxsiyyət barədə danışıb. S.Seyidov virtual aləmin bu gün insanların hətayında böyük rol oynadığını qeyd edib: "Bu gün internet, virtual reallıq insanların həyatının ayrılmaz hissəsidir. Virtual dünya insanların bir-birləri ilə daha sıx ünsiyyət qurmalarına kömək edir. Sosial şəbəkələrdə gənclərin sayı durmadan artır".

S.Seyidov həmçinin vurğulayıb ki, Azərbaycan artıq elə bir ölkəyə çevrilib ki, fəzaya peyk göndərib və virtual aləmin Azərbaycanda inkişafı sürətlə gedir.

Dəyirmi masada müzakirə ediləcək mövzuların vacibliyini vurğulayan S.Seyidov bildirib ki, aparılacaq müzakirələr virtual reallıqların insanların həyatına necə təsir etməsi məsələsi barədə suallara cavab tapmağa kömək edəcək.

Daha sonra tədbirdə çıxış edən Ankara Universitetinin rektoru, professor Erkan İbiş qeyd edib ki, bugünkü dünyada virtual reallıq çox sürətlə inkişaf edən bir mövzudur. İnternetin sürətlə inkişaf etdiyini, virtual imkanlardan müxtəlif sahələrdə geniş istifadə olunduğunu qeyd edən E.İbiş bildirib ki, virtual aləm şəxsiyyətin və cəmiyyətin qanunauyğun inkişafının bir mərhələsidir.

Daha sonra çıxış edən Avstraliya Sosial Texnologiyalar Konsaltinqinin rəhbəri, doktor Frank Kəmp Salter tədbirin vacibliyini vurğulayaraq qeyd edib ki, yeni nəsillərin bir-birləri ilə ünsiyyət qurmasında internetdən, yeni mediyadan istifadə etməsi mühüm amildir.

Bu məsələyə daha geniş kontekstdən yanaşılmasının vacibliyini qeyd edən F.Salter bu sahədə problematik məsələlərin aşkarlanmasının və həlli yollarının tapılmasının vacib olduğunu diqqətə çatdırıb. O qeyd edib ki, müxtəlif təbəqələrə aid insanlar bu kanallardan istifadə etməklə daha sıx ünsiyyət qura bilərlər.

F.Salter, həmçinin "Supra" milli elit sisteminin yaradılmasının əhəmiyətli olduğunu qeyd edib.
Daha sonra çıxış edənlər də virtual reallıqların şəxsiyyətin formalaşmasına təsirindən, yeni texnologiyaların inkişafı sayəsində virtual aləmdə imkanların genişlənməsindən və bunun dünyada inteqrasiya prosesinə təsirindən söhbət açıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti