Roma Papası Frensis Azərbaycana dəvət olunub (FOTO)

Cəmiyyət Xəbər 4 Noyabr 2013 16:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 noyabr /Trend, müxbir T.Cəfərov/

Roma Papası Frensis Azərbaycana dəvət olunub.

Trend-in məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsində (QMİ) qurumun sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə və Bakıda səfərdə olan Roma Papasının nümayəndəsi, Vatikanın mədəniyyət naziri kardinal Canfranko Ravazinin başçılıq etdiyi nümayəndə heyəti arasında görüş olub.

A.Paşazadə görüşdə Papanı Bakıya dəvət edib: "Mən sizinlə ilk dəfədir görüşürəm və buna görə Papanın seçilməsi münasibətilə Sizi, Sizin vasitənizlə Vatikanı təbrik edirəm. Mən çox arzu edərdim ki, Roma Papası Azərbaycana gəlsin və mən rəsmən onu ölkəmizə dəvət edirəm".

A.Paşazadə özünün də Vatikana getmək arzusunda olduğunu bildirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti