...

Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində görüş keçirilib (FOTO)

Cəmiyyət Materials 8 Noyabr 2013 16:24 (UTC +04:00)
Noyabrın 8-də Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın üzvü Əli Hüseynov və Milli Məclisin deputatları ilə görüş keçirilib.
Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində görüş keçirilib (FOTO)

Azərbaycan, Bakı, 8 noyabr /Trend/

Noyabrın 8-də Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın üzvü Əli Hüseynov və Milli Məclisin deputatları ilə görüş keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə Prezident İlham Əliyevin 2008-ci il 27 sentyabr tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair Dövlət Proqramı"nın icrası qaydasında milli memarlıq üslubunda və müasir standartlar səviyyəsində inşa edilmiş, zəruri texniki avadanlıqlarla təchiz edilmiş binada idarə əməkdaşlarının səmərəli fəaliyyəti və korrupsiyaya qarşı mübarizədə uğurlu nəticələr əldə edilməsi üçün hər cür şərait yaradıldığı diqqətə çatdırılıb.

Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin rəisi Kamran Əliyev korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən silsilə tədbirlər, idarənin fəaliyyət istiqamətləri, xüsusilə, idarəyə əməliyyat-axtarış funksiyası həyata keçirmək səlahiyyətinin verilməsi, istintaq edilən cinayət işləri və həyata keçirilən qabaqlayıcı tədbirlər barədə ətraflı məlumat verib. İdarənin müasir tələblərə cavab verən yeni inzibati binasının istifadəyə verilməsini diqqətə çatdıran K.Əliyev bu istiqamətdə fəaliyyətin daha da təkmilləşdirilməsi məqsədi ilə ardıcıl və kompleks tədbirlərin həyata keçirildiyini və beynəlxalq əməkdaşlıq məsələlərinə xüsusi diqqət yetirildiyini vurğulayıb.

Qeyd edilib ki, dövlət siyasətinin prioritet istiqaməti olan korrupsiya və rüşvətxorluq hallarına qarşı mübarizə tədbirlərinin gücləndirilməsi daim diqqət mərkəzində saxlanılmaqla son illərdə bir sıra qanunverici və praktiki tədbirlər həyata keçirilib, dövlət proqramları uğurla icra olunub və Milli Fəaliyyət planları qəbul edilib.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin sentyabrın 30-da idarənin yeni inzibati binasının açılışında iştirakı və kollektivlə görüşərək tapşırıq və tövsiyələr verməsi korrupsiyaya qarşı mübarizə sahəsində siyasi iradənin ən yüksək təzahürü kimi dəyərləndirilib.

Görüşdə ölkə başçısının inzibati binanın açılışı zamanı verdiyi göstərişlərə, habelə "Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nın tələblərinə uyğun olaraq korrupsiyaya qarşı mübarizənin daha da gücləndirilməsi məqsədilə qanunvericiliyin təkmilləşdirilməsi müzakirə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti