...

"Football Planet"in keçirdiyi stimullaşdırıcı lotereya dayandırıldı

Cəmiyyət Materials 13 Noyabr 2013 15:42 (UTC +04:00)
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) “Football Planet” MMC tərəfindən keçirilən lotereyanın dayandırılması barədə göstəriş verib.
"Football Planet"in keçirdiyi stimullaşdırıcı lotereya dayandırıldı

Azərbaycan, Bakı, 13 noyabr /Trend/

Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "Football Planet" MMC tərəfindən keçirilən lotereyanın dayandırılması barədə göstəriş verib.

Komitənin İctimaiyyətlə əlaqələr sektorundan Trend-ə verilən məluymata görə, QKDK "Lotereyalar haqqında" qanuna və öz Əsasnaməsinə müvafiq olaraq, lotereyaların təşkili və keçirilməsi sahəsində münasibətlərin dövlət tənzimlənməsini həyata keçirən icra hakimiyyəti orqanı kimi bu istiqamətdə mütəmadi nəzarət tədbirlərini davam etdirir.

QKDK tərəfindən keçirilmiş nəzarət tədbirləri nəticəsində "Football Planet" MMC tərəfindən lotereyalar haqqında qanunvericiliyin tələbləri pozulduğuna görə "FP-2-1-0" adlı stimullaşdırıcı lotereyanın dayandırılması barəsində göstəriş verilib.

Bununla bağlı QKDK vətəndaşları məlumatlandırır və bu lotereyada iştirakla bağlı diqqətli olmağa dəvət edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti