...

Bakıda AMEA şəhərciyinin ərazisinə avtomobillərin girişi məhdudlaşdırılacaq

Cəmiyyət Materials 22 Noyabr 2013 12:05 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) şəhərciyinin ərazisinə avtomobillərin girişi məhdudlaşdırılacaq.
Bakıda AMEA şəhərciyinin ərazisinə avtomobillərin girişi məhdudlaşdırılacaq

Azərbaycan, Bakı, 22 noyabr /Trend, müxbir H.Vəliyev/

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) şəhərciyinin ərazisinə avtomobillərin girişi məhdudlaşdırılacaq. Trend-in məlumatına görə, bu barədə cümə günü AMEA prezidenti Akif Əlizadə mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, avtomobillərin dayanması üçün dayanacağın yaradılmasına baxmayaraq, şəhərciyin ərazisində çoxlu sayda maşının saxlanıldığı müşahidə olunur. Bununla əlaqədar, perspektivdə Akademiyanın şəhərciyi hasarlanacaq və avtomobillərin şəhərciyin ərazisinə girişi tamamilə məhdudlaşdırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti