...

BMT-nin baş katibi: Qadınlara və qızlara qarşı zorakılıq bütünlükdə bəşəriyyətə ziyan vurur

Cəmiyyət Materials 25 Noyabr 2013 17:38 (UTC +04:00)
Qadınlara və qızlara qarşı zorakılıq birbaşa fərdlərə mənfi təsir etməklə yanaşı, bütünlükdə bəşəriyyətə ziyan vurur. Trend-in BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycandakı ofisinə istinadən verdiyi məlumata görə, bunu BMT-nin baş katibi Pan Gi Mun Beynəlxalq Qadınlara Qarşı Zorakılığın Aradan Qaldırılması Günü münasibətilə müraciətində deyib.
BMT-nin baş katibi: Qadınlara və qızlara qarşı zorakılıq bütünlükdə bəşəriyyətə ziyan vurur

Azərbaycan, Bakı, 25 noyabr /Trend, müxbir S.Əhmədova/

Qadınlara və qızlara qarşı zorakılıq birbaşa fərdlərə mənfi təsir etməklə yanaşı, bütünlükdə bəşəriyyətə ziyan vurur. Trend-in BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycandakı ofisinə istinadən verdiyi məlumata görə, bunu BMT-nin baş katibi Pan Gi Mun Beynəlxalq Qadınlara Qarşı Zorakılığın Aradan Qaldırılması Günü münasibətilə müraciətində deyib.

Baş katib bildirib: "Mən bu qlobal problemə cavab olaraq, 2008-ci ildə "Qadınlara qarşı zorakılığa son qoymaq üçün birləş" adlı kampaniyamı başlatdım. O vaxtdan bəri dünyadakı tərəfdaşlarımız qadın və qızların hüquqlarının qorunması və zorakılıqdan azad həyat sürmələri üçün bizim mübarizəmizə qoşulublar. Mən təxminən üç qadından birinin həyatına təsir edən zorakılığa son qoyulması üçün uca səslə edilən çağırışları alqışlayıram. Mən düşüncə tərzinin dəyişməsi üçün qanunlar qəbul edərək onun işlək olmasına kömək edən liderləri alqışlayır, qurbanlara şəfa verən və onları dəyişikliyin bələdçisinə çevirən qəhrəmanları qiymətləndirirəm.

Ötən ay, Biləşmiş Millətlər Təşkilatı Günündə belə bir qəhrəmanla yenidən görüşmək şərəfinə nail oldum - doktor Denis Mukvegenin Konqo Respublikasında təsis etdiyi "Panzi" hospitalına qadınlar dəhşətli işgəncəyə məruz qaldıqdan sonra daxil olurlar. Doktor Mukvege bunları söyləyib: "Biz bir çox hallarda göz yaşlarına qərq oluruq. Qadınlara çox güclü xəsarət yetirilir. Ancaq biz işə başlayırıq. Fəaliyyət göstəririk. Biz əlimizdən gələn edirik ki, onlar sağalsınlar". O, müalicə etdiyi qadınların cəsarətindən və əksəriyyətinin başqaları üçün də kömək etməyə çalışmasından ilham alır".

Pan Gi Munun sözlərinə görə, doktor Mukvgenin qadınlara qarşı zorakılığın azaldılması ilə məşğul olması silahlı münaqişə şəraitinə düşməsinə baxmayaraq, onun problemə qarşı mübarizəsi və həllinə çalışmaq əzmi qadınların evdə, məktəbdə və dünyada başqa mülki mühitlərdə, hər bir ölkədə və cəmiyyətdə üzləşdiyi zorakılığın azaldılmasına kömək etmək istiqamətində səylərimizi gücləndirməlidir:

"Ənənəvi olaraq, bu tarixi gün 16 günlük fəallıq aksiyasının başlanması ilə qeyd olunur. 25 noyabr tarixindən 5 dekabr tarixinədək - İnsan Hüquqları Günü - ən kobud insan hüququ pozuntusu sayılan qadın zorakılığına qarşı mübarizə aparılması üçün səylərimizi xüsusi olaraq gücləndiririk. Bu il narıncı rəngdə geyinərək məlumatlılığı artırmaq işinə sadiq qaldığımızı nümayiş etdiririk".

Baş katibin sözlərinə görə, bu məsələdə fərq yaratmağın bir yolu da insan hüquqlarının pozulmasının qarşısının alınmasına kömək edən və fiziki sağlamlıqdan tutmuş iqtisadi təhlükəsizliyə kimi ehtiyacların ödənilməsi üçün çalışan BMT-nin Qadınlara Qarşı Zorakılığa Son Qoyulmasına Yardım Fondunu dəstəkləməkdir: "Bu fonda qrant almaq üçün müraciət edənlərin sayı iki dəfə artdığı halda, onun buna qədər ayırmış olduğu maliyyənin həcmi 60 faizə qədər azalıb. Mən bütün tərəfdaşlarımıza qadınlara qarşı zorakılığın qarşısının alınması və aradan qaldırılması işini təkmilləşdirmək üçün ehtiyac duyulan resursların əldə olunması istiqamətində kömək etmələrini xahiş edirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti