...

Koray Tarqay: Azərbaycanda insan alverinə qarşı mübarizə sahəsində çox yaxşı nəticələr əldə olunub

Cəmiyyət Materials 26 Noyabr 2013 10:59 (UTC +04:00)
Trend-in məlumatına görə, iki gün dvam edəcək tədbirin məqsədi hakim, prokuror, vəkil və hüquqşünasların insan alveri və məcburi əmək hallarının mühakiməsi, eləcə də insan alveri qurbanlarının müdafiəsi haqqında biliklərini təkmilləşdirməkdir.
Koray Tarqay: Azərbaycanda insan alverinə qarşı mübarizə sahəsində çox yaxşı nəticələr əldə olunub

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 26 noyabr /Trend, müxbir İ.İzzət/

ATƏT-in Bakı Ofisi insan alveri qurbanlarının müdafiəsi mexanizmlərinə həsr olunmuş beynəlxalq seminar təşkil edir. Trend-in məlumatına görə, iki gün dvam edəcək tədbirin məqsədi hakim, prokuror, vəkil və hüquqşünasların insan alveri və məcburi əmək hallarının mühakiməsi, eləcə də insan alveri qurbanlarının müdafiəsi haqqında biliklərini təkmilləşdirməkdir.

Tədbirin rəsmi açılışında çıxış edən ATƏT-in Bakı Ofisinin rəhbəri Koray Tarqay bildirib ki, Azərbaycan insan alverinə qarşı mübarizə sahəsində çox yaxşı təcrübəyə malikdir: "Azərbaycanda insan alverinə qarşı mübarizə sahəsində çox yaxşı nəticələr əldə olunub. Burada digər region ölkələri üçün müsbət təcrübə var".

Onun sözlərinə görə, insan alverinin qurbanları əsasən kasıb və sosial məkandan kənar düşmüş şəxslər olurlar: "Çox zaman bunlar miqrantlar olur. Qadın və uşaqların evlərindən didərgin düşməsi, uşaqların məcburi əməyə cəlb edilməsi, yollarda qalması məhkəmə və hüquq sistemininin bu məsələ üzərində düşünməsini vacib edir. İnsan alverinə qarşı mübarizəyə cəlb olunmuş bütün tərəflərin qurbanların zəif durumda olduqlarını qəbul etməsi çox vacibdir".

K.Tarqay bildirib ki, önəmli məsələlərdən biri də onların insan alveri qurbanı olduğu zaman məcburən törətdikləri əməllərə görə cinayət məsuliyyətinə cəlb edilməsi və cəzalandırılmasıdır: "İnsan alverinə qarşı mübarizə aparan tərəflər bilməlidirlər ki, bu müdafiə sistemi kriminallaşdırılmamalıdır. İnsan alveri qurbanlarına lazımi şərait yaradılmalıdır ki, digər maneələr qarşısında aciz qalmasınlar".

Qeyd edək ki, beş hissədən ibarət olan seminar zamanı insan alverinə qarşı mübarizədə məhkəmə orqanlarının roluna dair hərtərəfli müzakirələr aparılacaq. Tədbir iştirakçıları məhkəmə prosesləri və qurbanların ifadə verməsi zamanı üzə çıxan əsas problemləri, qurbanlara kompensasiyaların verilməsi məsələsini, eləcə də onlara hüquqi yardımın göstərilməsində vəkillər kollegiyalarının rolunu və pro-bono (pulsuz) hüquqi yardım sisteminin mümkünlüyünü müzakirə edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti