...

Bakıda şimal küləyi əsəcək, yağış yağacaq

Cəmiyyət Materials 27 Noyabr 2013 12:17 (UTC +04:00)
Sabahdan dekabrın 1-dək Azərbaycan ərazisində qeyri-sabit hava şəraiti gözlənilir.
Bakıda şimal küləyi əsəcək, yağış yağacaq

Azərbaycan, Bakı, 27 noyabr /Trend, müxbir İ.İsabalayeva/

Sabahdan dekabrın 1-dək Azərbaycan ərazisində qeyri-sabit hava şəraiti gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, noyabrın 28-də Bakıda və Abşeron yarımadasında səhər bəzi yerlərdə duman, çiskin müşahidə ediləcək. Gün ərzində arabir yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi arabir güclənəcək. Bakıda günorta saatlarında 10-14 dərəcə isti olacaq. Noyabrın 29-da isə şimal küləyi yenidən cənub küləyi ilə əvəzlənəcək.

Noyabrın 28-dən dekabrın 1-dək Azərbaycan rayonlarında bu müddətdə fasilələrlə yağış yağacağı gözlənilir (noyabrın 29-da gündüz yağntılarda qısa bir fasilə olacaq), respublikanın dağlıq ərazilərində yağıntıların əsasən sulu qar və qar şəklində müşahidə olunacağı proqnozlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti