...

Bakının bir hissəsinə içməli suyun verilişində məhdudiyyətlər olacaq

Cəmiyyət Materials 28 Noyabr 2013 10:13 (UTC +04:00)
Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abunəçilərdən üzr istəyir.
Bakının bir hissəsinə içməli suyun verilişində məhdudiyyətlər olacaq

Azərbaycan, Bakı, 28 noyabr /Trend/

İstehlakçıların içməli su təchizatının yaxşılaşdırılması məqsədi ilə magistral su xətlərində əsaslı təmir və yenidənqurma işlərinin aparılması ilə əlaqədar bu gün Bakının bir hissəsinə içməli suyun verilməsində fasilələr olacaq.

"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin Mətbuat xidməti şöbəsindən Trend-ə verilən məlumata görə, gün ərzində Yasamal, Nəsimi və Xətai rayonlarının, eləcə də Suraxanı rayonu Hövsan qəsəbəsinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranmış narahatlıqla əlaqədar "Azərsu" ASC abunəçilərdən üzr istəyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti