...

Azərbaycan müəllimlərinin XIV qurultayının tarixi dəqiqləşdirilib

Cəmiyyət Materials 4 Dekabr 2013 12:55 (UTC +04:00)
Trend-in məlumatına görə, təhsil naziri Mikayıl Cabbarov bu gün jurnalistlərə bildirib ki, bu il Azərbaycan müəllimlərinin XIV qurultayı dekabrın 14-də keçiriləcək.
Azərbaycan müəllimlərinin XIV qurultayının tarixi dəqiqləşdirilib

Azərbaycan, Bakı, 4 dekabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan müəllimlərinin XIV qurultayının keçirilmə tarixi dəqiqləşdirilib.

Trend-in məlumatına görə, təhsil naziri Mikayıl Cabbarov bu gün jurnalistlərə bildirib ki, bu il Azərbaycan müəllimlərinin XIV qurultayı dekabrın 14-də keçiriləcək.

Müəllimlərin qurultayı ənənəvi olaraq 5 ildən bir keçirilir. Qurultayda əsas olaraq "Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası"ndan irəli gələn məsələlər və qarşıya qoyulan vəzifələrin müzakirəsi, hədəflərin həyata keçirilməsi müzakirə olunacaq. Bundan əlavə, təhsilin digər pillərinə uyğun islahatların həyata keçirilməsi, nəticələrin təhlili işi həyata keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti