...

Azərbaycanda müəllim hazırlığı sisteminin tam dəyişdirilməsi təklif edilir

Cəmiyyət Materials 14 Dekabr 2013 12:24 (UTC +04:00)
Azərbaycanda müəllim hazırlığı məqsədilə tətbiq edilən model tamamilə dəyişməlidir. Trend-in məlumatına görə, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Bəxtiyar Əliyev Azərbaycan Müəllimlərinin XIV Qurultayında çıxışı zamanı deyib.
Azərbaycanda müəllim hazırlığı sisteminin tam dəyişdirilməsi təklif edilir

Azərbaycan, Bakı, 14 dekabr /Trend, müxbir E.Mehdiyev/

Azərbaycanda müəllim hazırlığı məqsədilə tətbiq edilən model tamamilə dəyişməlidir. Trend-in məlumatına görə, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Bəxtiyar Əliyev Azərbaycan Müəllimlərinin XIV Qurultayında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycanda müəllim hazırlığı ilə bağlı tətbiq edilən model bitkin deyil. Buna görə də bu iş köklü şəkildə yenidən qurulmalıdır: "Təhsil sistemində psixoloji xidmətin əsaslı şəkildə yenidən qurulması və tətbiqi də zəruridir. Təhsil Nazirliyi yanında yeni metodik mərkəz yaradılmalı, pedoqoji kollektivdə sağlam mühitin yaradılması üçün psixoloji xidmət önə çəkilməlidir".

B.Əliyev deyib ki, ölkədə yeni nəsil universitetlər yaradılmalı, onların tədqiqat-innovasiya mərkəzlərinə çevrilməsinə dəstək verən rəqabət qabiliyyətli ixtisaslı kadrlar, mütəxəssislər hazırlanmalıdır. Mülkiyyət formasından asılı olmayaraq, bütün ali təhsil müəssisələrində ödənişli təhsil və qəbul planları ləğv edilməli, tələbə qəbulu dövlət sifarişli ixtisaslar üzrə aparılmalıdır. Ali məktəblərə maliyyə və təşkilati müstəqillik verilməlidir. Eyni zamanda, müəlllimin nüfuzunu artırmaq üçün müəllimə dövlət qulluqçusuna bərabər status verilməsi təmin olunmalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti