...

Yaxın iki gün ərzində Azərbaycanda havanın temperaturu bir neçə dərəcə yüksələcək, yağıntılar qismən kəsiləcək

Cəmiyyət Materials 17 Dekabr 2013 11:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 dekabr /Trend, müxbir İ.İsabalayeva/

Yaxın iki gün ərzində Azərbaycanda nisbətən mülayim hava şəraiti müşahidə ediləcək, Bakıda havanın maksimal temperaturu 8 dərəcə isti olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dekabrın 18-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Hhavanın gün ərzində əsasən, yağmursuz keçəcəyi gözlənilir. Axşam bəzi yerlərdə zəif duman müşahidə olunacaq. Mülayim cənub küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturunu gecə 0 dərəcəyə yaxın, gündüz 4-8 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında dekabrın 18-də hava şəraiti əssən, yağmursuz olacaq. lakin gecə və səhər Lənkəran-Astara zonasında havanın yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək.

Aran rayonlarında havanın temperaturunun gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 3-8 dərəcəyədək isti, dağlarda gecə 10-15 şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyəədk isti olacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti