...

Azay Quliyev Şirvanda Qarabağ qaziləri və şəhid ailələri ilə görüşüb (FOTO)

Cəmiyyət Materials 28 Dekabr 2013 17:57 (UTC +04:00)
Bu gün Milli Məclisin deputatı Azay Quliyev Şirvan şəhərində Qarabağ qaziləri, şəhid ailələri, Çernobıl əlilləri, 1-ci qrup əlillər və aztəminatlı ailələrlə görüş keçirib.
Azay Quliyev Şirvanda Qarabağ qaziləri və şəhid ailələri ilə görüşüb (FOTO)

Azərbaycan, Bakı, 28 dekabr /Trend/

Bu gün Milli Məclisin deputatı Azay Quliyev Şirvan şəhərində Qarabağ qaziləri, şəhid ailələri, Çernobıl əlilləri, 1-ci qrup əlillər və aztəminatlı ailələrlə görüş keçirib.

Görüş zamanı millət vəkili seçicilərini qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik edərək onlara ən xoş arzularını bildirib.

Görüş iştirakçıları ilə səmimi söhbət edən millət vəkili onları narahat edən məsələlərlə maraqlanaraq problemlərin bir çoxunun yerindəcə aidiyyəti orqanların köməyi ilə həllini tapmasına yardımçı olub.

Daha sonra millət vəkili valideynləri ilə birgə görüşə gəlmiş uşaqların bayramını ayrıca təbrik edib və onlara hədiyyələr verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti