...

Bakı Sağlamlıq Mərkəzinə işçi qəbulu üzrə müsabiqə elan edilib

Cəmiyyət Materials 13 Yanvar 2014 10:29 (UTC +04:00)
Bakı Sağlamlıq Mərkəzində vakant həkim və orta tibb işçiləri vəzifələrinin tutulması üçün müsabiqə elan edilib.
Bakı Sağlamlıq Mərkəzinə işçi qəbulu üzrə müsabiqə elan edilib

Azərbaycan, Bakı, 13 yanvar /Trend, müxbir İ.İsabalayeva/

Bakı Sağlamlıq Mərkəzində vakant həkim və orta tibb işçiləri vəzifələrinin tutulması üçün müsabiqə elan edilib.

Trend Səhiyyə Nazirliyinin saytına istinadən xəbər verir ki, artıq sənədlərin qəbuluna başlanılıb.

"Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nın icrası və Səhiyyə Nazirliyinin Kollegiyasının 18 yanvar 2013-cü il tarixli 3 nömrəli qərarına əsasən, Səhiyyə Nazirliyinin tabeçiliyində olan tibb müəssisələrində vakant elan edilmiş yerlərə həkimlərin işə qəbulu mərkəzləşdirilmiş qaydada aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti