...

Azərbaycanda ad və soyadların dəyişdirilməsi 60 faizə yaxın artıb

Cəmiyyət Materials 14 Yanvar 2014 17:08 (UTC +04:00)
Ötən 2013-cü ildə Azərbaycanda doğulan uşaqların sayı artıb. 2012-ci ildə ölkədə 168 183 uşaq dünyaya gəlmişdisə, ötən il bu göstərici 3,3% artaraq 173 666 nəfər olub.
Azərbaycanda ad və soyadların dəyişdirilməsi 60 faizə yaxın artıb

Azərbaycan, Bakı, 14 yanvar /Trend, müxbir İ.İzzət/

Ötən 2013-cü ildə Azərbaycanda doğulan uşaqların sayı artıb. 2012-ci ildə ölkədə 168 183 uşaq dünyaya gəlmişdisə, ötən il bu göstərici 3,3% artaraq 173 666 nəfər olub.

Bu barədə Trend-ə Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsindən bildiriblər.

Sevindirici haldır ki, hesabat ilində 2012-ci illə müqayisədə ölənlərin sayı 1,5% azalaraq 54 509 nəfər təşkil edib. Qeyd edək ki, 2012-ci ildə 55 322 nəfər dünyasını dəyişmişdi.

Atalığın müəyyən edilməsi üçün müvafiq qurumlara müraciət edənlərin sayı ötən il 7,8% artaraq 27 453-ə çatıb. 2012-ci ildə bu göstərici 25 478 idi.

Adın və soyadın dəyişdirilməsi üçün müraciət edənlərin də sayı artıb. 2012-ci ildə bununla bağlı Baş İdarənin müvafiq qurumlarına 1091 nəfər müraciət etmişdisə, ötən il bu rəqəm 58,7% artaraq 1731 nəfərə çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti