...

"AzerNews" indi yeni görünüşdə

Cəmiyyət Materials 15 Yanvar 2014 10:19 (UTC +04:00)
"AzerNews" yeni ildə oxucularına uğurlar arzulayır və qəzeti yeni dizaynda təqdim edir. "AzerNews" qəzetinin və saytının daha da oxunaqlı və maraqlı olması üçün onun görünüşü və şrifti yenilənib.
"AzerNews" indi yeni görünüşdə

Azərbaycan, Bakı, 15 yanvar /Trend/

"AzerNews" yeni ildə oxucularına uğurlar arzulayır və qəzeti yeni dizaynda təqdim edir. "AzerNews" qəzetinin və saytının daha da oxunaqlı və maraqlı olması üçün onun görünüşü və şrifti yenilənib.

İndi "AzerNews" yeni görünüşdə, parlaq dizayn, yeni, faydalı və maraqlı bölmələr və mövzularla nəşr olunur. Azərbaycanda və regionda baş verən proseslərin inkişafından hər zaman xəbərdar olmaq üçün "AzerNews" qəzetini oxuyun!

Trend-in məlumatına görə, yanvarın 15-də çıxan "AzerNews" onlayn qəzetinin yeni sayında oxucular Azərbaycanın miqrantlar üçün cəlbedici ölkəyə çevrilməsi, bütün ölkə ərazisində korrupsiya ilə mübarizə sahəsində həyata keçirilən tədbirlər, Manas tranzit mərkəzinin bağlanmasının Qırğızıstan iqtisadiyyatına təsiri və İranın Dünya Ticarət Təşkilatına qoşulmasının perspektivleri üzrə ekspert rəyləri, həmçinin Azərbaycanın dünyanın ən məşhur şahmatçılarından biri olan Vüqar Həşimovla son vidası və digər məqalələrlə tanış ola bilərlər.

"AzerNews" Ümumdünya Qəzet və Qəzet Naşirləri Assosiasiyasının (WAN-IFRA) assosiativ üzvüdür.

Onlayn qəzeti oxumaq üçün www.azernews.az ünvanına keçə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti