...

Sürücülərə şad xəbər: Azərbaycanı Gürcüstanla birləşdirən magistral istifadəyə verildi

Cəmiyyət Materials 21 Yanvar 2014 12:16 (UTC +04:00)
Bu gün Ağstafa-Poylu-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun açılışı olub.
Sürücülərə şad xəbər: Azərbaycanı Gürcüstanla birləşdirən magistral istifadəyə verildi

Azərbaycan, Bakı, 21 yanvar /Trend, müxbir E.Mehdiyev/

Bu gün Ağstafa-Poylu-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun açılışı olub.

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev Trend-ə bildirib ki, açılış mərasimində nəqliyyat naziri Ziya Məmmədov, "Azəryolservis" ASC-nin rəhbəri Cavid Qurbanov və digər dövlət rəsmiləri iştirak ediblər.

P.Mürsəliyevin sözlərinə görə, yolun ümumi uzunluğu 59 km-dir.

2011-ci ilin noyabr ayında yolun əsaslə şəkildə yenidən qurulmasına başlanılıb və 2013-cü ilin dekabr ayında işlər sona çatıb.

Avtomobil yolu 2 hərəkət zolağından ibarətdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti