...

Azərbaycanda ali və orta ixtisas təhsili alan 5658 nəfər ixtisasını dəyişib

Cəmiyyət Materials 29 Yanvar 2014 12:32 (UTC +04:00)
Azərbaycanda son 21 ildə ali və orta ixtisas təhsili alan 5658 nəfər ixtisasını dəyişib.
Azərbaycanda ali və orta ixtisas təhsili alan 5658 nəfər ixtisasını dəyişib

Azərbaycan, Bakı, 29 yanvar /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda son 21 ildə ali və orta ixtisas təhsili alan 5658 nəfər ixtisasını dəyişib. Trend-in "Tələbə-məzun" Dövlət Elektron Məlumat Sisteminə 2013-cü il noyabrın 8-dək daxil olan məlumatlara istinadən verdiyi məlumatlara əsasən, bakalavriat səviyyəsinə qəbul olan abituriyentlər sırasında ixtisas seçimlərini düzgün həyata keçirməkdə çətinlik çəkən xeyli şəxs var.

Tələbə Qəbulu üzrə Dövlət Komisisyasının apardığı təhlillər zamanı məlum olub ki, ixtisasını dəyişən tələbələr sırasında az bal toplayaraq qəbul olan və sonradan yüksək müsabiqə şərtli ixtisasa köçürülməsi hallarına da rast gəlinir. Bu hal isə qənaətbəxş hesab edilə bilməz.

Son 21 il ərzində 973 tələbə ixtisas dəyişməklə tələbələr sırasına bərpa edilib.

Qeyd edilən müddətdə Azərbaycanda 4237 tələbə akademik borca, 4203 nəfər digər təhsil müəssisəsinə köçürülmə ilə əlaqədar məktəbdən xaric edilib. Məlumatlara əsasən, 8945 tələbə təhsil haqqının ödənilməməsinə, dərs buraxmaya görə və öz xahişi ilə tələbələr sırasından xaric edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti