...

Azərbaycan və Monteneqro dövlət qulluğunun idarə olunması sahəsində əməkdaşlığa dair fəaliyyət Planı imzalayıblar

Cəmiyyət Materials 29 Yanvar 2014 16:39 (UTC +04:00)
Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya ilə Monteneqronun İnsan Resurslarının İdarə olunması Müvəkkilliyi arasında Monteneqronun paytaxtı Podqoritsa şəhərində 2014-2015-ci illər üçün əməkdaşlıq üzrə fəaliyyət planı imzalanıb.
Azərbaycan və Monteneqro dövlət qulluğunun idarə olunması sahəsində əməkdaşlığa dair fəaliyyət Planı imzalayıblar

Azərbaycan, Bakı, 29 yanvar /Trend, müxbir İ.İzzət/

Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya ilə Monteneqronun İnsan Resurslarının İdarə olunması İdarəsi arasında Monteneqronun paytaxtı Podqoritsa şəhərində 2014-2015-ci illər üçün əməkdaşlıq üzrə fəaliyyət planı imzalanıb.

Komissiyanın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, "Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Monteneqronun İnsan Resurslarının İdarə olunması Müvəkkilliyi arasında 2014-2015-ci illər üçün əməkdaşlıq üzrə Fəaliyyət Planı" Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov və Monteneqronun İnsan Resurslarının İdarə olunması Müvəkkilliyinin direktoru Svetlana Vukoviç tərəfindən imzalanıb.

İmzalanma mərasimindən sonra B.Xəlilovun rəhbərlik etdiyi nümayəndə heyətinə İnsan Resurslarının İdarə olunması İdarəsinin fəaliyyəti ilə bağlı məlumat verilib, onun fəaliyyəti və strukturu, "Monteneqroda peşəkar təlim sistemi", "Dövlət qulluğunda islahatlara uyğun olaraq işə qəbul mərhələsi", "Dövlət qulluqçularının mərkəzləşdirilmiş qaydada reyestrinin aparılması: əhəmiyyəti və problemləri" mövzularında təqdimatlar edilib.

Nümayəndə heyəti, həmçinin Monteneqro parlamentində vitse-prezident Sulyo Mustafiç və parlamentin Beynəlxalq əlaqələr və immiqrantlar komitəsinin prezidenti Miodraq Vukoviçlə görüşüb. Görüş zamanı iki ölkə arasında siyasi və iqtisadi sahələrdə əməkdaşlığın inkişafı barədə məlumat verilib, eləcə də imzalanmış fəaliyyət planının ölkələr arasında dövlət idarəçiliyi, institusional quruculuq sahəsində önəmi vurğulanıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin 2013-cü ilin mart ayında Monteneqroya rəsmi səfəri zamanı "Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Monteneqronun İnsan Resurslarının İdarə olunması Müvəkkilliyi arasında anlaşma memorandumu" imzalanmışdı. İmzalanan yeni sənədin məqsədi isə məhz həmin memorandumun icrasını təmin etməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti