...

Gəncədə qarlı-şaxtalı hava şəraiti ilə əlaqədar "qaynar xətt" yaradılıb

Cəmiyyət Materials 1 Fevral 2014 13:18 (UTC +04:00)
Gəncə şəhərində havaların soyuq və şaxtalı keçməsini nəzərə alaraq, "qaynar xətt" yaradılıb.
Gəncədə qarlı-şaxtalı hava şəraiti ilə əlaqədar "qaynar xətt" yaradılıb

Azərbaycan, Bakı, 1 fevral /Trend/

Gəncə şəhərində havaların soyuq və şaxtalı keçməsini nəzərə alaraq, "qaynar xətt" yaradılıb.

Bu xətt vasitəsilə hər bir vətəndaş 022-256-08-54 və 022-256-15-04 nömrələrinə zəng etməklə qarşılaşdığı problemlərlə bağlı müraciət edə bilər.

"Qaynar xətt" sisteminin yaradılması şəhər sakinlərinin qaz, su, işıq problemlərinin operativ həll olunması məqsədini daşıyır.

Qeyd edək ki, Gəncə Şəhər İcra Hakimiyyətinin nəzdində fəaliyyət göstərən "qaynar xətt" yanvar ayının 31-dən etibarən aktivdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti