...

Mikayıl Cabbarov təhsil kreditlərinin verilməsi ilə bağlı ali məktəblərdə yaranan problemə aydınlıq gətirdi

Cəmiyyət Materials 13 Fevral 2014 12:36 (UTC +04:00)
Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov Türkiyədə dövlət xətti ilə təhsil alan tələbələrin aylıq təqaüdlərinin rübdə bir dəfə verilməsi ilə bağlı narazılıqlara münasibət bildirib.
Mikayıl Cabbarov təhsil kreditlərinin verilməsi ilə bağlı ali məktəblərdə yaranan problemə aydınlıq gətirdi

Azərbaycan, Bakı, 13 fevral /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov Türkiyədə dövlət xətti ilə təhsil alan tələbələrin aylıq təqaüdlərinin rübdə bir dəfə verilməsi ilə bağlı narazılıqlara münasibət bildirib.

Trend-in məlumatına görə, nazir Mikayıl Cabbarov jurnalistlərə deyib ki, son aylar ərzində həmin tələbələrə təqaüdlərin vaxtında verilməsi üçün Təhsil Nazirliyi tərəfindən addımlar atılıb: "Biz də bu prosesləri izləyirik. Əslində, şikayətlərin sayının kəskin şəkildə azalmasını müşahidə edirik".

Nazir deyib ki, tələbələr konkret şikayət və müraciətləri olduqda Təhsil Nazirliyinin "Qaynar xətt"inə və bu məqsədlə yaradılan İşçi Qrupa müraciət edə bilərlər.

M.Cabbarov qeyd edib ki, Türkiyədə dövlət xətti ilə təhsil alan tələbələrin təqaüdlərinin məbləği Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyənləşdirilir.

Nazir ali təhsil müəssisələrində təhsil kreditlərinin verilməsi ilə bağlı ali məktəblərdə yaranan problemə də aydınlıq gətirib.

Qeyd edək ki, Nazirlər Kabinetinin yeni qərarına əsasən, fevralın 15-dən ali məktəblərdə lazımi qədər kredit toplaya bilməyən (kəsiri olan) tələbələr həmin krediti toplamaq məqsədilə alt qrupda yenidən dərs keçmələri üçün maliyyə vəsaiti ödəməlidirlər. Bu isə bəzi tələbələrin narazılığına səbəb olub. Nazir isə deyib ki, ali məktəblərdə təhsil kreditləri ilə bağlı olan məsələlər Azərbaycan qanunvericiliyinə əsasən Nazirlər Kabineti tərəfindən qəbul olunmuş və digər tənzimləyici aktlara uyğun olaraq həyata keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti