Azərbaycan, Bakı, 18 fevral /Trend/
Ukraynada nümayişçilər Kiyevin mərkəzində yerləşən Zabitlər evini zəbt ediblər.
Trend-in İTAR-TASS-a istinadən verdiyi məlumata görə, hazırda Kiyevin bir sıra küçələrində etirazçılarla güc strukturlarının əməkdaşları arasında kütləvi qarşıdurmalar davam edir.
Daha əvvəl hüquq-mühafizə orqanlarının əməkdaşları aksiya iştirakçılarını Regionlar Partiyasının mərkəzi ofisindən sıxışdırıb çıxara bilmişdi.
Hazırda Qruşevski küçəsində güc strukturları əməkdaşlarına məxsus yük avtomobillərinin şinləri yanır.
Xatırladaq ki, Ukraynada etiraz aksiyaları ötən ilin noyabr ayında Nazirlər Kabinetinin avrointeqrasiyaya fasilə verilməsi barədə açıqlamasından sonra başlayıb. Müxalifətin yanvarın 19-da Kiyevdə keçirdiyi növbəti xalq nümayişi zamanı radikallarla hüquq mühafizə orqanlarının əməkdaşları arasında qarşıdurma yaranıb. İştişaşlar nəticəsində 3 nəfər həlak olub. Müxalifət hökumətin istefasını və avrointeqrasiyanın davam etdirilməsini tələb edir.
Ukrayna Prezidenti Viktor Yanukoviç Nikolay Azarovun Baş nazir vəzifəsindən azad edilməsinə dair fərman imzalayıb. Fərmana əsasən, Nazirlər Kabineti də istefaya göndərilib.