...

BDU tələbələrin aksiyası ilə əlaqədar məlumat yayıb

Cəmiyyət Materials 20 Fevral 2014 15:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 fevral /Trend, müxbir İ.İsabalayeva/

Bakı Dövlət Universiteti bu gün bir qrup tələbənin keçirdiyi aksiya ilə əlaqədar məlumat yayıb.

Trend xəbər verir ki, universitetin məlumatda qeyd olunur ki, bir neçə gün bundan əvvəl "facebook" sosial şəbəkəsində bir qrup tələbə Nazirlər Kabinetinin alt qrupda əlavə pul ödəmələri ilə bağlı qərarına etiraz məqsədilə aksiya keçirmək üçün çağırış edib. Bununla əlaqədar BDU-da izahat işləri aparılıb, bu qərarın şərhi ilə əlaqədar mətbuatda məlumatlar verilib:

"Buna baxmayaraq, Bakı şəhərindəki müxtəlif təhsil müəssisələrinin bəzi tələbələri və əksəriyyəti ümumiyyətlə tələbə olmayan müxtəlif təbəqələrin nümayəndələri universitet qarşısında aksiya keçirməyə cəhd ediblər. BDU tələbələrinin bir hissəsi isə etiraz edən tələbə yoldaşlarına izahat vermək məqsədilə tədbirə qoşulub. Bəzi qızışdırıcı şəxslərin təşəbbüslərinə baxmayaraq, tələbələr qərarın mahiyyətini başa düşərək aksiyanı tərk ediblər. Aksiya 8-10 dəqiqə davam edib. Bir sıra mətbuat orqanlarında tədbirə polislər tərəfindən müdaxilə edilməsi fikri yayılıb. Bununla əlaqədar olaraq bildiririk ki, əvvəlcədən olan razılaşmaya əsasən Qazaxıstan parlamenti sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə BDU-da görüş keçiriləcək və polis əməkdaşları həmin tədbirə görə BDU-ya gəliblər".

Məlumatda bildirilir ki, kredit sistemi ilə təhsilin təşkilinə dair qaydalar üzrə daha ətraflı izahatların verilməsi məqsədilə sabah Təhsil Nazirliyinin nümayəndəsinin iştirakı ilə tələbələrin rektorla görüşü planlaşdırılıb.

Qeyd edək ki, bu gün bir qrup tələbə toplaya bilmədikləri kreditlərə görə maliyyə vəsaitinin ödənilməsinə etiraz olaraq BDU-nun qarşısında aksiya keçirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti