...

Yunanıstanda Nizami Gəncəvi Beynəlxalq Mərkəzi İdarə Heyətinin V toplantısı keçirilib (FOTO)

Cəmiyyət Materials 21 Fevral 2014 10:21 (UTC +04:00)
Yunanıstanda Nizami Gəncəvi Beynəlxalq Mərkəzi İdarə Heyətinin V toplantısı keçirilib.
Yunanıstanda Nizami Gəncəvi Beynəlxalq Mərkəzi İdarə Heyətinin V toplantısı keçirilib (FOTO)

Azərbaycan, Bakı, 21 fevral /Trend, müxbir İ.İzzət/

Yunanıstanda Nizami Gəncəvi Beynəlxalq Mərkəzi İdarə Heyətinin V toplantısı keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, fevralın 21-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzi YUNESKO-nun xoşməramlı səfiri Marianna V.Vardinoyannisin dəvəti ilə İdarə Heyətinin V toplantısını Yunanıstanın ən önəmli mədəniyyət mərkəzi sayılan Akropolis Muzeyində reallaşdırıb.

Toplantını giriş sözü ilə açan xanım Marianna V.Vardinoyannis bildirib ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi kimi nüfuzlu bir təşkilatın İdarə Heyəti toplantısının Yunanıstanda keçirilməsi çox önəmli hadisədir və bunun davamlı olacağına ümid edilir.

Toplantıda Mərkəzin gələcək fəaliyyəti və statusunun müəyyənləşdirilməsi, o cümlədən katibliyinin genişləndirilməsi və mərkəzi ofisin işinin daha da təkmilləşdirilməsi ilə bağlı geniş müzakirələr aparılıb. Toplantıda eyni zamanda Azərbaycan Respublikasının Prezidenti tərəfindən Mərkəzin fəaliyyətinə göstərilən diqqət və qayğı xüsusi vurğulanıb, həmçinin əldə olunmuş nailiyyətlərdə bu dəstəyin əsas rol oynadığı qeyd olunub.

Toplantının işində Latviyanın sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri və Madrid Klubunun prezidenti xanım Vaira Vike-Freiberga, İsgəndəriyyə Kitabxanasının direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin, YUNESKO-nun xoşməramlı səfiri Marianna V.Vardinoyannis, Rumıniyanın sabiq Prezidenti Emil Constantinescu, Bolqarıstanın sabiq Prezidenti Petar Stoyanov, YUNESKO-nun Broadband Komissarı Valter Füst, Gürcüstan Universiteti Qəyyumlar Şurasının sədri Giuli Alasaniya, MENTOR fondunun icraçı direktoru Farida Allaghi iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti