...

Azərbaycanda hava şəraiti dəyişəcək, temperatur bir neçə dərəcə enəcək, yağıntı olacaq

Cəmiyyət Materials 21 Fevral 2014 12:03 (UTC +04:00)
Azərbaycanda hava şəraiti nisbətən dəyişəcək, temperatur bir neçə dərəcə enəcək və hava yağıntılı olacaq.
Azərbaycanda hava şəraiti dəyişəcək, temperatur bir neçə dərəcə enəcək, yağıntı olacaq

Azərbaycan, Bakı, 21 fevral /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda hava şəraiti nisbətən dəyişəcək, temperatur bir neçə dərəcə enəcək və hava yağıntılı olacaq. Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova məlumat verib.

Onun sözlərinə görə, fevralın 22-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək, bəzi yerlərdə yağıntı olacaq. Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 2-4, gündüz 6-8 dərəcə isti proqnozlaşdırılır.

Azərbaycanın rayonlarında da fevralın 22-də hava bəzi yerlərdə yağıntılı olacaq. Mülayim qərb küləyi əsəcək. Dağətəyi və dağlıq rayonlarda qar yağacaq.

Aran rayonlarında havanın temperaturu gecə 1-6, gündüz 8-13 dərəcə isti olacaq. Dağlarda temperatur gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 0-5 dərəcə isti təşkil edəcək.

Fevralın 23-nə də eyni hava şəraiti proqnozlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti