...

Baş Prokurorluğun əməkdaşı beynəlxalq tədbirdə iştirak edib (FOTO)

Cəmiyyət Materials 21 Fevral 2014 17:55 (UTC +04:00)
Düşənbə şəhərində İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatının (OECD) Şərqi Avropa və Mərkəzi Asiya üzrə Antikorrupsiya Şəbəkəsinin İstanbul Fəaliyyət Planı tərəfindən Tacikistan Respublikasının 3-cü raund dəyərləndirilməsinin monitorinqi keçirilib.
Baş Prokurorluğun əməkdaşı beynəlxalq tədbirdə iştirak edib (FOTO)

Azərbaycan, Bakı, 21 fevral /Trend, müxbir İ.İzzət/

Düşənbə şəhərində İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatının (OECD) Şərqi Avropa və Mərkəzi Asiya üzrə Antikorrupsiya Şəbəkəsinin İstanbul Fəaliyyət Planı tərəfindən Tacikistan Respublikasının 3-cü raund dəyərləndirilməsinin monitorinqi keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Antikorrupsiya Şəbəkəsinin İstanbul Fəaliyyət Planının layihə rəhbəri və OECD Katibliyinin əməkdaşı, həmçinin Qazaxıstan, Moldova və Litvanın nümayəndələrinin də daxil olduğu monitorinq qrupunda ölkəmizi ekspert qismində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin Təşkilati və informasiya təminatı şöbəsinin rəisi Rövşən Əliyev təmsil edib.

Monitorinq qrupunun dəyərləndirdiyi əsas istiqamətləri Tacikistan Respublikasının korrupsiyaya qarşı mübarizə siyasəti, korrupsiyanın kriminallaşdırılması, qarşısının alınması və bu sahədə görülmüş digər işlər təşkil edib.

Dəyərləndirmə səfəri çərçivəsində monitorinq qrupunun üzvləri Tacikistan Respublikasının Baş prokuroru, Dövlət maliyyə Nəzarəti və Korrupsiya ilə mübarizə Agentliyinin direktoru, Ombudsman, parlament üzvləri və OECD tərəfindən verilmiş tövsiyələrin icrasına məsul olan dövlət qurumlarının nümayəndələri ilə görüş keçirilib və korrupsiyaya qarşı mübarizə sahəsində ölkədə görülmüş işlərə dair dinləmələr aparılıb.

Tacikistan Respublikasının 3-cü raund dəyərləndirilməsi çərçivəsində növbəti görüşün cari ilin aprelində keçirilməsi nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti