...

Türkiyənin orta məktəblərinin dərsliklərinə Xocalı soyqırımına dair məlumatlar daxil edilə bilər

Cəmiyyət Materials 27 Fevral 2014 10:08 (UTC +04:00)
Türkiyənin milli təhsil naziri Nəbi Avcı Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarova zəng edərək Xocalı soyqırımının 22-ci ildönümü ilə bağlı başsağlığı verib.
Türkiyənin orta məktəblərinin dərsliklərinə Xocalı soyqırımına dair məlumatlar daxil edilə bilər

Azərbaycan, Bakı, 27 fevral /Trend, müxbir İ.İsabalayeva/

Türkiyənin milli təhsil naziri Nəbi Avcı Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarova zəng edərək Xocalı soyqırımının 22-ci ildönümü ilə bağlı başsağlığı verib. Trend Təhsil Nazirliyinin saytına istinadən bildirir ki, Türkiyənin milli təhsil naziri insanlığa qarşı ən böyük cinayətlərdən biri olan Xocalı soyqırımı qurbanlarının xatirəsinin qardaş ölkədə də ehtiramla anıldığını bildirib.

Söhbət zamanı Xocalı soyqırımının gələcək nəsillərə çatdırılmasının vacibliyi vurğulanıb, bu faciə haqqında məlumatların, Türkiyənin ümumtəhsil məktəblərində tədris edilən dərsliklərdə də əksini tapmasının əhəmiyyəti qeyd olunub. Bu mövzunun tədrisi məsələsinin xüsusi yanaşma tələb etdiyini nəzərə alaraq, müvafiq mütəxəssislərin əməkdaşlığına dair fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti