Azərbaycan, Bakı, 6 mart /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi yanvar və fevral ayları ərzində 13 mehmanxana və mehmanxana tipli obyektin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verib.
Nazirlikdən Trend-ə verilən məlumata görə, həmin obyektlər "Mont İnn", "Karat İnn", "Terrace-Quba", "Anatolia", "Modern Hotel", "Səma" mehmanxanaları, "Şamaxı" moteli, "Kardinal" istirahət mərkəzi, "Kainat" moteli, "SP" moteli, "Elit-N" mehmanxanası, "Çoban Bulaq" və "Dəniz" istirahət mərkəzləridir.
Müəssisələrə lisenziyalar "Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar"a uyğun verilib.