...

Mikayıl Cabbarov: Azərbaycanın təhsil sisteminin qarşısında yeni vəzifə və hədəflər durur

Cəmiyyət Materials 12 Mart 2014 12:26 (UTC +04:00)
Təhsilə qoyulan yatırımlar dövlətin edə biləcəyi ən yaxşı sərmayələrdir. Trend-in məlumatına görə, bu barədə təhsil naziri Mikayıl Cabbarov çərşənbə günü Bakıda keçirilən "2020-ci il və sonra: iqtisadi inkişafın sürətlənməsi" investisiya sammitində deyib.
Mikayıl Cabbarov: Azərbaycanın təhsil sisteminin qarşısında yeni vəzifə və hədəflər durur

Azərbaycan, Bakı, 12 mart /Trend, müxbir E.Əliyev/

Təhsilə qoyulan yatırımlar dövlətin edə biləcəyi ən yaxşı sərmayələrdir. Trend-in məlumatına görə, bu barədə təhsil naziri Mikayıl Cabbarov çərşənbə günü Bakıda keçirilən "2020-ci il və sonra: iqtisadi inkişafın sürətlənməsi" investisiya sammitində deyib.

Nazir bildirib: "Üzləşdiyimiz ən böyük çətinlik ondan ibarətdir ki, ölkədə fəaliyyət göstərən təhsil sistemi lap əvvəldən sovet sisteminin ehtiyaclarını təmin etmək üçün yaradılıb. İndi isə biz tamamilə başqa sosial-iqtisadi reallıq müşahidə edirik, bizim qarşımızda tamamilə başqa məqsəd və vəzifələr durur".

Onun sözlərinə görə, söhbət yalnız texniki dəyişikliklərdən getmir: "Bütün sistemə milli iqtisadiyyatın hədəf və vəzifələrinə uyğun olaraq, eləcə də insan kapitalının formalaşmasına tam və tənqidi şəkildə yenidən baxılması vacibdir".

M.Cabbarov qeyd edib ki, çətinliklər kifayət qədərdir və onların aradan qaldırılması müxanizmləri bir çox müvafiq sənədlərdə əks olunub: "Azərbaycanda təhsil sisteminin prioritet istiqamətlərini müəyyən edən profilli dövlət strategiyası, dövlət proqramları qəbul edilib. Bundan başqa, idarəetmə, maliyyələşmə mənbələri, infrastrukturla bağlı məsələləri həll etmək vacibdir, eləcə də müəllimlərin problemlərini, onların sosial təminatını həll etmək lazımdır".

Onun sözlərinə görə, 10 il ərzində artıq böyük işlər görülüb, məktəblərin üçdə ikisindən çoxu tam təmin olunub: "Bizim məqsədimiz əmək bazarını keyfiyyətli kadrlarla təmin etməkdir. İqtisadi İnkişaf Nazirliyində işlədiyim illər ərzində biz mövcud mənzərəni gözəl gördük və anladıq ki, iqtisadi inkişafa möhkəm təməl lazımdır. Biz Azərbaycan reallıqlarına uyğun olan qabaqcıl dünya təcrübəsindən istifadə edirik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti